...

Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirib, silah aşkar edilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2025 10:14 (UTC +04:00)
Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirib, silah aşkar edilib (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib, avtomat aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Penitensiar xidmətin və DİN-in yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti