...

Xankəndi poliklinikasında çalışan tibb heyətinin sayı məlum olub

Cəmiyyət Materials 14 Mart 2025 11:16 (UTC +04:00)
Xankəndi poliklinikasında çalışan tibb heyətinin sayı məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda işğaldan azad olunmuş ərazilərdə 12 tibb məntəqəsi (o cümlədən Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası) və Xankəndi poliklinikası fəaliyyət göstərir, burada 134 nəfər tibb heyəti çalışır.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Məlumata görə, Şuşa Rayon Mərkəzi Xəstəxanasının əsas binasında təhvil-təslim işlərinə hazırlıq gedir, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlı Rayon Mərkəzi xəstəxanalarının layihə-smeta sənədləri, habelə Laçın və Kəlbəcər Rayon Mərkəzi xəstəxanalarının konseptual layihələrinin hazırlanması işləri aparılır.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair | Dövlət Proqramı” çərçivəsində 2024-cü il ərzində Füzuli və Şuşa şəhərlərinə, Cəbrayıl və Xocalı rayonlarına, Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə və Laçın rayonunun Sus kəndinə köçürüləcək 1245 ailənin 4803 sakinin yaşayış ünvanlarına uyğun olaraq tibb müəssisələrində tibbi müayinələrdən keçirilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti