...

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsindəki dairədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 14 Mart 2025 14:19 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki" restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq, 17 mart saat 06:00-dan etibarən Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti