Bakı. Trend:
8 avtobus marşrutunun hərəkət sxemi bərpa olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən
körpüdə aparılan təmir-tikinti işləri başa çatıb və nəqliyyat
vasitələrinin hərəkəti bərpa olunub.
Söküntü və təmir işləri ilə əlaqədar hərəkət sxemi müvəqqəti dəyişdirilən 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrutların fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib.