...

Oruc tutan insanlar qidalanma rasionunda maye balansını qorumalıdır - Həkim

Cəmiyyət Materials 19 Mart 2025 15:21 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oruc tutan insanlar qidalanma rasionunda maye balansın qorunması olmalıdır, çünki bədən susuz qaldıqca orqanların işində problem yarana bilər.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, enerji balansını qorumaq üçün əsas qida dəyəri yüksək və kalorisi az olan qidalara üstünlük vermək lazımdır:

“Protein (zülal) tərkibli qidalar orqanizm üçün daha faydalı hesab olunur. Məsələn, səhər iki yumurta, yanında meyvə qurusu bir ovuc badam, qoz, fındıq, kəsmik, yulaf bunlar gün boyu insanı tox tutmağa kömək edər və enerji ehtiyacını tam ödəməyə kifayət edir. Təbii ki, karbohidrat əsaslı qidalanma şirin çay, şirniyyatlar tez doyma və tez acmaya səbəb olur. Bununla da, sağlam bir qidalanma tərzi hesab olunmur, ümumən şirin çay içmək çox zərərli bir vərdiş hesab olunur”.

Mütəxəssis-ekspert qeyd edib ki, axşam yeməyində vacib məqam mədənin əzələlərinin tam rahatlamadan qidanın tələsik yeyilməsidir:

“Bu, mədədə küt ağrı və doluluq hissi verə bilər. Ona görə, öncə su içilir ki, mədə rahatlansın. Sonra duru qidalar tədricən yarı bərk və bərk qidalar şəklində qəbul edilərsə, həzm daha rahat olar. Axşam yeməklərində yenə toyuq və yağsız qırımız ət, yanında tərəvəz və salatlar gün ərzində sağlam qidalanma üçün nəzərdə tutulan qaydalar qorunmaqla qidalanmaq tövsiyə edilir. Sərt buğda növündən olan makaron və un məhsulları, eləcə də bulqur, düyü də həmçinin məsləhət görülür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti