...

Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb

Cəmiyyət Materials 20 Mart 2025 18:39 (UTC +04:00)

Bakı. Trend:

Martın 20-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada saniyədə 21 metrədək, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naftalanda saniyədə 18 metrədək, Naxçıvanda saniyədə 15 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır.

Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti