Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin ilə əlaqələrini gücləndirir. Mərkəzin təşkilatçılığı ilə baş tutmuş XII Qlobal Bakı Forumundan dərhal sonra Mərkəzin baş katibi Rövşən Muradovun və baş məsləhətçi Rza Əliyevin Çinə səfəri baş tutub.
Trend xəbər verir ki, səfərin məqsədi Mərkəzin Çin ilə əməkdaşlığını daha da möhkəmləndirməsi, birgə layihələrin müzakirəsi olub.
Səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Diplomatiyası
Assosiasiyasının prezidenti Vu Haylonq, Xarici İşlər üzrə Çin Xalq
İnstitutunun prezidenti Vanq Çao və vitse-prezidenti Yanq Tao və
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Nurlan Yermekbayev
və Mərkəzin İdarə Heyəti üzvü, Tsinxua Universitetinin dekanı Devid
Pen ilə işgüzar görüşlər keçirib.
Bununla yanaşı, Rövşən Muradov və Rza Əliyev ölkədə səfərdə olan
Banqladeşin Baş Naziri, Nobel mükafatçısı Muhammad Yunus,
Özbəkistanın sabiq Xarici İşlər naziri Vladimir Norov, Rumıniyanın
sabiq Baş naziri Petr Roman ilə də görüşüblər.
Qeyd edək ki, onlar həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləridir.
XII Qlobal Bakı Forumda iştirak etmiş rəsmilər Forumun uğurla keçirilməsini yüksək qiymətləndirərək təbriklərini sunub, onun qlobal dialoq və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıblar.
Nümayəndə heyəti o cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri Çau Çak Vinq ilə də görüş keçirib.
Qeyd edək ki, Vinq XII Qlobal Bakı Forumunda video mesajı ilə çıxış etmişdi.