...

ABŞ Ermənistana mədəni və dini irsin vəziyyəti ilə bağlı beynəlxalq müşahidəçilər göndərməlidir – Deputat

Cəmiyyət Materials 1 Aprel 2025 11:57 (UTC +04:00)
ABŞ Ermənistana mədəni və dini irsin vəziyyəti ilə bağlı beynəlxalq müşahidəçilər göndərməlidir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən ABŞ-nin Dini Azadlıq Komissiyasına xatırlatmaq istərdik ki, belə bir missiyanın öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə - azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Dini Azadlıq” pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də hesabat versin”, - deyə deputat qeyd edib.

Xəbər lenti

Xəbər lenti