Bakı. Trend:
Nərimanov rayonunun bəzi ərazilərində su olmayacaq.
Trend xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu ərazisindən istismar müdəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar görülən işlər çərçivəsində "Montin" yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə 7 aprel tarixi saat 09:00-dan 8 aprel tarixinin səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.