Bakı.Trend:
"Bakı Metropoliteni" QSC 2030-cu ilə qədər 300 yeni vaqon almağı planlaşdırır.
Trend xəbər ki, bunu bu gün jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar gedir.
"Metro vaqonlarının hansı ölkədən alınacağı hələ ki, məlum deyil. Lakin Avropa ölkələrindən almağı düşünürük. Razılıq əldə edildikdən sonra vaqonlar alınacaq”, – deyə o vurğulayıb.