Bakı. Trend:
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi dəyişib.
Trend xəbər verir ki, gündəlikdə olan məsələlərin sayı 21-dən 22-yə çatdırılıb.
Belə ki, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.