...

Tərtər sakininin 15 min manatı oğurlandı - DİN-dən XƏBƏRDARLIQ

Cəmiyyət Materials 10 Aprel 2025 20:11 (UTC +04:00)
Tərtər sakininin 15 min manatı oğurlandı - DİN-dən XƏBƏRDARLIQ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin — danışmayın, yazışmayın, bloklayın.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

"Sos! Çağırış! Xəbərdarlıq! Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin — danışmayın, yazışmayın, bloklayın. Bu gün Tərtər sakinini də eyni üsulla — “bank kartınıza müdaxilə var, hesabınızda olan vəsaitin qorunması üçün tələb olunan qaydalara uyğun göndərilən kodu təsdiqləyin, zəhmət olmasa…”. Gürcüstan nömrəsi ilə danışıq aparan naməlum şəxsin bütün dediklərini həyata keçirən zərərçəkmiş heç bir etiraz etmədən 15.580 manat pulun onlayn oğurlanmasına “köməyini” əsirgəməyib.

Bir daha hər kəsdən xahiş edirik, tövsiyə edirik, bank, hansısa başqa təşkilat, mobil telefon operatorları adından — fərqi yoxdur, kim olursa-olsun, sizdən göndərilən kodu təsdiqləməyi, əlavə başqa məlumatları istəyirsə, verməyin, bloklayın, əmin olun ki, yalandır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti