...

Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu avtoqəzada vəfat edib

Cəmiyyət Materials 14 Aprel 2025 17:19 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 14-də Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində avtoqəzada vəfat edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

"Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızının idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - Müdafiə Nazirliyindən bildirilib.

Xəbər lenti

Xəbər lenti