Bakı. Trend:
Hava şəraiti ilə əlaqədar olaraq Bakı-Naxçıvan avtobus reysləri təxirə salınmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, avtobus reysləri adi qaydada davam etdirilir.
Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.