...

Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatətə baxılacaq

Cəmiyyət Materials 16 Aprel 2025 15:17 (UTC +04:00)
Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatətə baxılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə müraciət edilib.

Trend xəbər verir ki, vəsatət Nizami rayon Məhkəməsində icraata götürülüb.

Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti