Bakı. Trend:
Avstraliya İttifaqında fəaliyyət göstərən ilk Azərbaycan musiqi qrupu olan “AYTAY”ın Sidney şəhərində konserti keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, konsertdə Azərbaycanın bəstəkar musiqilərindən ibarən ifalar və Əməkdar artisti Sevinc Hüseynlinin ifasında rəqslər nümayiş olunub.
Tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Sidney, Kanberra, Melburn və Brisben şəhərlərindən diaspor nümayəndələri qatılıblar.
Qeyd edək ki, Avstraliyada AYTAY musiqi qrupunun əsası 2017-ci ildə güneyli soydaşımız Aslan Şərifi tərəfindən qoyulub. 2024-cü ildən başlayaraq qrupun Brisben və Melburn şəhərlərində konsertləri keçirilib.