...

İran-Azərbaycan hökumətlərarası əməkdaşlıq sazişinin ilkin imzalanması təsdiqlənib

Cəmiyyət Materials 16 Aprel 2025 17:41 (UTC +04:00)
İran-Azərbaycan hökumətlərarası əməkdaşlıq sazişinin ilkin imzalanması təsdiqlənib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti İran və Azərbaycan arasında hökumətlərarası təhlükəsizlik və hüquq-mühafizə sahələrində əməkdaşlıq haqqında sazişin ilkin imzalanmasını təsdiqləyib.

Bu barədə Trend İran hökumətinin informasiya portalına istinadən xəbər verir.

Məlumata görə, bu gün (16 aprel) Tehranda İran Nazirlər Kabinetinin növbəti iclası keçirilib və iclasda bir sıra qərarlar verilib.

İran və Qazaxıstan arasında vizasız rejim müddətinin 14 gündən 30 günə artırılması üzrə qərar da təsdiqlənib.

Bundan əlavə, Nazirlər Kabinetinin iclasında İranın milli valyutasının dəyərinin qorunması, Afrika ölkələri ilə iqtisadi əməkdaşlıq perspektivləri araşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti