...

Birinci rübdə sosial müavinət və Prezidentin aylıq təqaüdünü alan şəxslərin sayı məlum oldu

Cəmiyyət Materials 17 Aprel 2025 11:13 (UTC +04:00)
Birinci rübdə sosial müavinət və Prezidentin aylıq təqaüdünü alan şəxslərin sayı məlum oldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 475 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 275 mln. manat, Prezident təqaüdləri üzrə 173 mln. manat ödənilib.

"Yanvar-mart aylarında 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 761 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti