Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +6 dərəcədən +9 dərəcəyədək, gündüz +14 dərəcədən +19 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +5 dərəcədən +9 dərəcəyədək, gündüz +14 dərəcədən +19 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən -5 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.