...

QHT-lərin İnkişaf və Mübadilə Proqramı ilk dəfə Şuşada keçiriləcək

Cəmiyyət Materials 18 Aprel 2025 11:34 (UTC +04:00)
QHT-lərin İnkişaf və Mübadilə Proqramı ilk dəfə Şuşada keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

QHT-lərin İnkişaf və Mübadilə Proqramı ilk dəfə Şuşada keçiriləcək.

Trend xəbər verir k, bunu Agentliyin departament müdiri Elnur Bağırlı qurumun 4 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

"Hesabat dövründə 5 dəfə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarının təşkil edilib, Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı şəhərlərində keçirilən bu proqramları uğurla başa vuran 500-dək QHT sertifikatlarla təltif edilib.

Bu il isə QHT-lərin İnkişaf və Mübadilə Proqramının ilk dəfə Böyük Qayıdışın baş verdiyi azad edilmiş ərazilərdə - Şuşa şəhərində keçirilməsi planlaşdırılır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti