...

Bəzi fənnlər üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiq edilib

Cəmiyyət Materials 21 Aprel 2025 10:53 (UTC +04:00)
Bəzi fənnlər üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiq edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi təhsil müəssisələri üçün təkmilləşdirilmiş Azərbaycan dili (I-XI), ədəbiyyat (V-XI), coğrafiya (VI-XI), fizika (VII-XI) və informatika (I-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti