...

“PAŞA Həyat” və “Sea Breeze” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2025 11:00 (UTC +04:00)
“PAŞA Həyat” və “Sea Breeze” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 21-də “PAŞA Həyat” və “Sea Breeze” kurort şəhərciyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, Memorandumu “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov və “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov imzalayıblar.

İmzalanan saziş çərçivəsində “PAŞA Həyat” və “Sea Breeze” müxtəlif istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsi aparacaq, eyni zamanda ölkədə sığorta və sığorta məhsulları ilə bağlı maarifləndirici kampaniyalar təşkil edərək ictimaiyyətin məlumatlandırılmasını həyata keçirəcəklər.

Bu əməkdaşlıq müştərilərin reinvestisiya imkanlarının yaradılması üçün yeni fürsətlərə yol açacaq.

Anlaşma Memorandumu çərçivəsində həmçinin daimi və sabit investisiya həyata keçirən şəxslər üçün yaşayış şəraitinin və daşınmaz əmlak əldəetmə imkanlarının yaxşılaşdırılması, əlavə üstünlüklər və imtiyazların yaradılması kimi müddəalar da öz əksini tapıb.

İmzalanan sənədin çox böyük önəm daşıdığını bildirən Niyaz İsmayılov Memorandumun cəmiyyət və ölkə üçün əhəmiyyətindən də söz açıb.

“Bizim yığımyönümlü məhsullarımız bu növ əmlakların satılmasına inteqrasiya ediləcək. Bu, iki əsas məqsədə xidmət edəcək. Birincisi, əhalinin sosial rifahına dəstək olacaq. Bu növ yığımyönümlü şəhadətnamələri girov qoyub ilkin ödəniş kimi etmək və yaxud uzunmüddətli ipoteka götürərkən onları daha qısa müddətə bağlamaq fürsəti yaranacaq. İkincisi də, həmin vəsaitlər iqtisadiyyatda, xüsusilə də əmlak və tikinti sektorunda dövr edəcək. Bu memorandum həm cəmiyyət üçün, həm də ölkə iqtisadiyyatı üçün çox önəmli faktor olacaq”, - deyə İdarə Heyətinin sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti