...

Xaçmazın Əhmədoba kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2025 17:29 (UTC +04:00)
Xaçmazın Əhmədoba kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Əhmədoba kəndində növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Əhmədoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlinə daxil olan Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Əhmədoba kəndində “Şəhidlər” abidə-kompleksi önünə gül dəstələri düzüb, vətən uğrunda canından keçən mərd oğulların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatınn bərpası və suvarma kanallarının təmizlənməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti