...

CHANGAN Azərbaycanda öz rekordunu yenilədi (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2025 11:00 (UTC +04:00)
CHANGAN Azərbaycanda öz rekordunu yenilədi (FOTO)

Bakı. Trend:

Son iki ilin yeni avtomobil satışı göstəricilərinə görə, Changan brendi Top üçdə qərarlaşaraq 2023 və 2024-cü illərin Azərbaycanda ən çox seçilən avtomobil markalarından biri olub.

2025-ci ilin mart ayı üzrə yeni avtomobil satışı göstəricilərinə əsasən isə, Changan markası Azərbaycanda ən çox satılan avtomobil brendi olaraq lider mövqeyə yüksəlib. Bu göstərici Changan-ın ölkə bazarında sürətlə artan nüfuzunu və müştərilərin brendə olan güvənini bir daha təsdiqləyir.

Bu uğurun davamı olaraq Changan brendinin Azərbaycandakı tək rəsmi distribütoru olan SR Group-un nümayəndə heyəti bu ay Çinin Çunçin şəhərində keçirilən 2025 Changan Automobile Overseas Partner Conference tədbirində iştirak edib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş rəsmi distribütorların qatıldığı beynəlxalq tədbirdə SR Group iki nüfuzlu mükafata layiq görülüb:

-Bazar Payı Lideri
-Ən Yaxşı Sosial Məsuliyyət

Hər iki mükafat SR Group-un Azərbaycanda Changan brendinin inkişafı, satış göstəriciləri və sosial məsuliyyət sahəsindəki fəallığını əks etdirir. Bu nailiyyət, SR Group-un peşəkar yanaşması və yerli bazarda qazandığı etimadın göstəricisidir.

SR Group olaraq müştərilərimizə yüksək xidmət, innovativ məhsullar və davamlı inkişaf vəd edirik. Azərbaycanda avtomobil sektorunun lider brendlərindən biri olmağımızda bizə dəstək olan hər kəsə təşəkkür edirik.

Əlavə məlumat üçün:
changan.az
Əhməd Rəcəbli 40B
Babək pr. 74A
*5544
012 565 57 73

#ChanganAzerbaijan #SRGroup #ChanganGlobal #Changan2025

Xəbər lenti

Xəbər lenti