...

“Xiaomi” Azərbaycanda “Redmi A5” smartfonunu təqdim edib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2025 16:39 (UTC +04:00)
“Xiaomi” Azərbaycanda “Redmi A5” smartfonunu təqdim edib (FOTO)

Bakı. Trend:

“Xiaomi” çoxsaylı yeniləmələri və geniş auditoriya üçün daha əlçatan etdiyi qabaqcıl texnologiyaları harmonik şəkildə özündə birləşdirən yeni “Redmi A5” smartfonunu təqdim edib.

Yenilənmiş dizayn, xeyli təkmilləşdirilmiş kamera və daha böyük displey sayəsində “Redmi A5” əsas funksiyaları zərif və komfortlu təcrübəyə çevirir. Bu model smartfonun gündəlik istifadəsində praktikliyə və estetikliyi dəyər verənlər üçündür.

“Redmi A5” smartfonunun yenilənmiş eleqant dizaynı yastı çərçivə və metal haşiyəni imitasiya edən dekorativ elementli yeni kamera tərtibatı sayəsində məhsulun müasir üslubunu ön plana çıxarır.

Smartfon cihazın xüsusi xarakterini vurğulayan zərif rənglərdə təqdim edilir.

Midnight Black və Sandy Gold barmaq izlərinə davamlı donuq səthə malikdir ki, bu da obraza sadə eleqantlıq qatır.

Təbiətdən ilhamlanmış Lake Green və Ocean Blue rənglərinin naxışları sakit su səthindəki dalğaları xatırladır.

Cəmi 8,26 mm qalınlığında olan nazik korpusu sayəsində “Redmi A5” dəbli xarici görünüşü və istifadə rahatlığını özündə birləşdirir.

Profilinin nazik olmasına baxmayaraq, “Redmi A5” 6,88 düymlük, böyük ölçülü ekranı və 120 Hz-dək yeniləmə tezliyi sayəsində imkanları genişləndirir və video izlənməsi, internetdə sörfinq və ya mətn oxuma zamanı həqiqətən cəlbedici təcrübə təklif edir. Nəm toxunma texnologiyası isə hətta əlləriniz nəm olduqda belə, ekranın yüksək səviyyəli həssaslığını qorumağa kömək edir və istifadə rahatlığını artırır.

Daha uzunmüddətli sessiyalar üçün “TÜV Rheinland” sertifikatlı göz qoruması və “DC-dimming” göz yorğunluğunu azaltmağa kömək edir və ekrandan uzunmüddətli, daha komfortlu istifadəni təmin edir.

“Redmi A5” kamera imkanlarında ciddi inkişafın təcəssümüdür. Onun süni intellektlə təchiz edilmiş güclü, 32 MP-lik qoşa kamerası istifadəçilərə anları heyrətamiz dəqiqliklə yaddaşa köçürməyə imkan verir. Əvvəlki nəsillə müqayisədə 18% daha çox işıqtutma qabiliyyətinə malik böyük sensor sayəsində gecə çəkilişləri daha yaxşı detalizasiyası ilə seçilir, zəif işıqlandırma şəraitində daha parlaq və aydın şəkillər çəkməyə şərait yaradır. Kamera hətta çətin işıqlanma şəraitində belə fotoşəkillərin parlaqlığını və aydınlığını təmin edir.

Ön kameraya gəlincə, 8 MP-lik yenilənmiş selfi kamerası əlavə detalizasiyalı təbii portretlər yaratmağa imkan verir. Eyni zamanda, ekran işıqlandırmasının yaratdığı yumşaq işıq halqası istifadəçilərə hətta zəif işıqlanmalı məkanlarda belə yaxşı işıqlandırılmış selfilər çəkməyə imkan verir. Hərtərəfli düşünülmüş bu yeniliklər sayəsində “Redmi A5” smartfonu istər mənzərəli görüntü, istərsə də ötəri an olsun, istənilən xatirəni kameranın yaddaşına köçürmək və saxlamaq prosesini daha sadə və rahat edir.

Kamera üzərində aparılmış təkmilləşdirmələr sayəsində “Redmi A5” hər addımda etibarlılıq və rahatlıq təklif etməklə, sizin dinamik həyat tərzinizə asanlıqla uyğunlaşacaq şəkildə işlənib hazırlanıb. Səkkiznüvəli UNISOC T7250 prosessoru ilə təchiz edilmiş və yaddaş genişləndirilməsi vasitəsilə 8 GB-dək operativ yaddaşı (RAM) dəstəkləyən “Redmi A5” eyni zamanda bir neçə tapşırığın öhdəsindən asanlıqla gəlir ki, bu da hətta çətin tapşırıqları yerinə yetirərkən tətbiqlərin rəvan işləməsini təmin edir. Bununla yanaşı, “Redmi A5” smartfonunun güclü performansı batareyanın ömrü hesabına başa gəlmir. 5200 mAs gücə malik akkumulyatoru sayəsində smartfon bir dəfə şarj etməklə 20 saatdan çox video izləmə və 9 saatdan çox oyun oynama imkanlarını dəstəkləyir, bütün gün ərzində işləməyinizi təmin edir.

Əlavə rahatlıq üçün “Redmi A5” smartfonu yan paneldə yerləşən barmaq izi sensoru və üztanıma funksiyası sayəsində təhlükəsiz giriş imkanı təklif edir. Bundan əlavə, 3,5 mm-lik qulaqlıq girişi vasitəsilə istifadəçilər yüksək keyfiyyətli naqilli audiodan zövq almağa davam edə bilərlər.

Qiymətlər və əlçatanlıq

“Redmi A5” qeyd olunan rənglərdə təklif olunur: Qara, Qızılı, Yaşıl və Mavi

Qiymət:

“Redmi A5” 4 GB + 128 GB — 229,99 AZN-dən başlayan qiymətlərlə cihazı rəsmi satış nöqtələrindən əldə edə bilərsiniz: “Kontakt”, “Irshad” və “Baku Electronics”

Xəbər lenti

Xəbər lenti