...

Azad olunmuş ərazilərdə Qan Bankının bölmələri yaradılacaq? (ÖZƏL)

Cəmiyyət Materials 26 Aprel 2025 08:00 (UTC +04:00)
Azad olunmuş ərazilərdə Qan Bankının bölmələri yaradılacaq? (ÖZƏL)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə gələcəkdə qan xidmətlərinin yerində təşkili və davamlı təminatı məqsədilə müvafiq addımların atılması nəzərdə tutulur.

Bu sözləri Trend-ə özəl müsahibəsində Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.

O qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun mərhələli şəkildə bərpası çərçivəsində, gələcəkdə qan xidmətlərinin yerində təşkili və davamlı təminatı məqsədilə müvafiq addımların atılması nəzərdə tutulur.

"Eyni zamanda, hazırkı mərhələdə işğaldan azad olunmuş ərazilərdə qan və qan komponentlərinin təminatı Bərdə Qan Bankı tərəfindən həyata keçirilir və mövcud imkanlar çərçivəsində bu ehtiyacların qarşılanması təmin olunur", - deyə Elxan Nağıyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti