...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 5 May 2025 13:35 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu gecə +14 dərəcədən +17 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək, dağlarda gecə +3 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +10 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti