...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Cəmiyyət Materials 14 May 2025 09:16 (UTC +04:00)
Paytaxtın bu ərazisində işıq olmayacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işlərinə görə mayın 14-də elektrik xətləri sifarişə əsasən açılacaq.

"Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsi və dəmir yolu xəttinə yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti