Bakı. Trend:
İnformasiya texnologiyalarının tətbiqi ilə törədilən 44 müvafiq cinayət aşkarlanıb və cinayət işi başladılıb.
Trend xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının təqdimatı zamanı deyib.
“Eyni zamanda, insan alverinin təbliğatı ilə məşğul olan 156, cari ilin ötən dövründə isə 124 “Telegram”, “Instagram” və “TikTok” hesabı bağlanılıb”, - deyə polis general-leytenantı qeyd edib.