Bakı. Trend:
1-ci sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb.
Trend xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumat yayıb.
Bildirilib ki, valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.
"Vətəndaşlara dəstək lazım olarsa, alternativ qeydiyyat mərkəzlərinə, MÜTDA-nın və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər",- deyə məlumata əlavə edilib.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.