Bakı. Trend:
Ağdama bugünkü qayıdışımızı şəhidlərimizə borcluyuq.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Ağayev Mehman deyib.
Onun sözlərinə görə, 30 ildən çoxdur ki, öz yurdumuza qayıtmağı gözləmişik.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi var eləsin. Onun rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi və biz bu gün onun rəhbərliyi ilə doğma yurda qayıdırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.