...

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Cəmiyyət Materials 20 May 2025 11:41 (UTC +04:00)
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 1-də Şuşada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.
Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 300 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.

Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.

Layihə çərçivəsində qonaqlar 26 may – 2 iyun tarixlərində ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.

Ətraflı məlumat üçün aşağıdakı sosial media səhifələrini izləyə bilərsiniz:

https://www.facebook.com/shushafestivali/
https://www.instagram.com/shushafestivali

Məqalədə:
Xəbər lenti

Xəbər lenti