Bakı. Trend:
Yanvar-aprel aylarında əhaliyə 3 mlyrd. 152,2 mln manatdan çox vəsait ödənilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən təqribən 238,6 mln. manat və ya 8,19% çox olmaqla 3 mlrd. 152,2 mln. manatdan çox vəsait ödənilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 288,3 milyon manat və ya 11,0% çox olmaqla 2 milyard 914 milyon manat ödənilib.