...

Alkoqollu içkilərin pərakəndə satışına dair yeni QƏRAR

Cəmiyyət Materials 22 May 2025 17:13 (UTC +04:00)
Alkoqollu içkilərin pərakəndə satışına dair yeni QƏRAR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu Qayda alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsini tənzimləyir.

Bu Qaydanın məqsədləri üçün alkoqollu içkilər dedikdə pərakəndə satış ticarət obyektlərində satılan bütün araq məhsulları (meyvə araqları istisna olmaqla) (bundan sonra - məhsul) nəzərdə tutulur.

Məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir.

Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən bu Qaydaya əlavə olunmuş “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması” (bundan sonra - Forma) doldurularaq 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim olunur (bu tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir).

Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir.

Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən 1 (bir) ay müddətində təsdiq edilir və təsdiq edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.

Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi halda bu Qaydada göstərilən istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.

Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 (otuz) gün əvvəl verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti