...

İmtahanların təşkilində nəzarətçi qismində iştirak etmək 5900 nəfər uğur qazanıb - Məleykə Abbaszadə

Cəmiyyət Materials 23 May 2025 11:24 (UTC +04:00)
İmtahanların təşkilində nəzarətçi qismində iştirak etmək 5900 nəfər uğur qazanıb - Məleykə Abbaszadə
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hər il imtahanların təşkilində nəzarətçi qismində iştirak etmək istəyən şəxslərin sertifikatlaşdırılma prosesi həyata keçirilir.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2019-cu ildən başlayan bu prosesdə 5900 nəfər uğur qazanıb müvafiq sertifikat alıb.

"Yeni tədris ilinin əvvəlində növbəti qeydiyyat prosesinə start veriləcək.

Hazırda isə təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə elan edilən “Gənc psixometrik” təcrübə proqramının iştirakçıları ilə təlimlər həyata keçirilir"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti