...

Minkənd kəndinin yaxın zamanlarda bərpasına başlanılacaq

Cəmiyyət Materials 28 May 2025 09:29 (UTC +04:00)
Minkənd kəndinin yaxın zamanlarda bərpasına başlanılacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın.Trend:

Laçın rayonunun Minkənd kəndinin yaxın zamanlarda gözəl bir layihə ilə bərpası planlaşdırılır.

Trend-in Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib.

O qeyd edib ki, bu kəndin sifarişçisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olacaq.

"Kəndin layihəsi artıq açıq mətbuatda var. Laçının turizm potensialı çox böyükdür. Onun relyefi, yerləşməsi, evlərin quruluşu bu gözəlliyin üzərinə güc verir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti