...

“Lachin Resort & Spa” kurort kompleksi geniş xidmətlər çeşidi təqdim edir - Direktor müavini

Cəmiyyət Materials 28 May 2025 12:40 (UTC +04:00)
“Lachin Resort & Spa” kurort kompleksi geniş xidmətlər çeşidi təqdim edir - Direktor müavini
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın. Trend:

“Lachin Resort & Spa” kurort kompleksi öz qonaqlarına geniş xidmət çeşidi təklif edir.

Bunu Trend-ə “Lachin Resort & Spa” istirahət kompleksinin direktorunun müavini Vüqar İbrahimli bildirib.

Onun sözlərinə görə, premium səviyyəli yeni kurort kompleksi “Lachin Resort & Spa” qonaqlara müxtəlif kateqoriyalı 120 rahat nömrə, eləcə də, hüzur və tənha mühitə üstünlük verənlər üçün 8 ayrıca kottec təqdim edir. Bütün nömrələr müasir texnologiyalarla təchiz olunub və dağ mənzərəsinə panoramik baxış imkanı yaradır.

"Kurort kompleksi qonaqlara geniş xidmət çeşidi təqdim edir: eksklüziv SPA zonası, qapalı və açıq hovuzlar, fitnes mərkəzi, sauna, hamam və müxtəlif sağlamlıq prosedurları.

Bundan əlavə, restoranlarımızda həm Azərbaycan milli mətbəxinin yeməkləri, həm də beynəlxalq mətbəx nümunələri təqdim olunur. Biz mövsümi məhsullara və yeməklərin təqdimatının keyfiyyətli olmasına xüsusi önəm veririk", – deyə İbrahimli vurğulayıb.

Direktor müavini əlavə edib ki, hoteldə həm də VIP qonaqları və rəsmi nümayəndə heyətlərini qəbulu üçün münasibdir: bu məqsədlə ayrıca danışıq zalları və hər bir qonağa fərdi yanaşma əsasında yüksək səviyyəli xidmət nəzərdə tutulub.

"Lachin Resort & Spa" sadəcə istirahət məkanı deyil. Bu, enerjini bərpa etmək, rahatlıqdan və təmiz dağ havasından həzz almaq üçün insanın təkrar-təkrar qayıtmaq istədiyi məkandır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti