Bakı. Trend:
2024-cü ildə Qırğızıstanda ölkənin dövlət pensiya sığorta sistemi ilə 797,8 min nəfər pensiya alıb.
Trend xəbər verir ki, bunu Qırğızıstanın Sosial fondunun insan resursları ilə iş üzrə şöbəsinin müdiri Aynurə Orozova Bakıda keçirilən “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans zamanı bildirib.
Onun sözlərinə görə, qeyd olunan sistemlə pensiya alanların əsas hissəsini yaşa görə pensiya alanlar təşkil edir – 630,5 min nəfər (79%), əllillik üzrə pensiya alanlarda 130,3 min nəfər təşkil edir (16,3%) , ailə başçısını itirmə ilə əlaqədar pensiya alanlar isə 59,1 min nəfər (7,3%) təşkil edib.
Orozova vurğulayıb ki, 2024-cü ilin yekunlarına əsasən, ölkədə orta pensiya məbləği 10 585 som (təxminən 121 ABŞ dolları) olub. Pensiyaçının yaşayış minimumu 7 064 som (80 ABŞ dolları) təşkil edib. Nisbət isə 149,9% olub.
O qeyd edib ki, pensiya sisteminin təkmilləşdirilməsi çərçivəsində hazırda bir neçə əsas istiqamətlər üzrə işlər aparılır.
“Tarif siyasəti sahəsində diqqət əsasən kənd təsərrüfatı istehsalçılarının pensiya hüquqlarının ədalətli formalaşdırılmasına və mövcud disbalansın aradan qaldırılmasına yönəldilib”, – deyə Orozova bildirib.