Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Behrud kəndindən olan şəhidlər Rzayev Cəmil Novruz oğlunun və Şəfiyev Səbuhi Fərman oğlunun ailələrini evlərində ziyarət edib.
Trend xəbər verir ki, görüşlərdə Vüqar Rəhimzadətorpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin hər birinin qəhrəmanlıq, vətənpərvərlik və hünər simvolu olduqlarını bildirib.
Vurğulanıb ki, dövlətimiz və xalqımız şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir, onların xatirəsini daim əziz tutur.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Millət vəkili həmçinin, Culfa rayonunun Xanəgah kəndinin ən yaşlı sakini 100 yaşlı Qasımov Vəli Qulu oğlunu da evində ziyarət edib.