...

Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2025” və “Mustafa Kamal Atatürk-2025” təlimləri keçiriləcək (VİDEO)

Cəmiyyət Materials 10 İyun 2025 12:49 (UTC +04:00)
Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2025” və “Mustafa Kamal Atatürk-2025” təlimləri keçiriləcək (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2025” kompüter dəstəkli komanda-qərargah və “Mustafa Kamal Atatürk-2025” döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Sədərək sərhəd keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Ağrı vilayətinin Doğubəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

“Ümid” körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd-keçid məntəqəsindən Naxçıvana yola düşüblər.

Təlimin planına əsasən, tank, mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti