Bakı. Trend:
Bu gün saat 20 radələrində Zaqatala rayonunun Mazıx kəndində İbrət Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1987-ci il təvəllüdlü kənd sakini Zurab Nuriyevi vurub.
Trend-in Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna istinadən verdiyi məlumata görə, piyadanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyi bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.