Bakı. Trend:
Paytaxtın Binəqədi rayonunun Həmzə Babaşov küçəsini Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi ilə əlaqələndirən 26 nömrəli marşrut xətti üzrə avtobusların mərhələli şəkildə yenilənməsinə başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə məlumat verilib.
Bildirilib ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilmiş tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Foton” markalı 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən etibarən xəttə buraxılacaq.
Qurumdan o da qeyd olunub ki, yaxın aylarda xətt üzrə digər avtobusların da yenilənməsi nəzərdə tutulub.
Avtobus parkının yenilənməsi vətəndaşlara rahat, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə AYNA-nın daim diqqət mərkəzində saxlanılır.