Bakı. Trend:
Bu gün Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün A növü (inzibati rəhbər vəzifələr) üzrə AB və AC altqrupları, eləcə də B növü (inzibati icraçı vəzifələr) üzrə BA və BB altqrupları üzrə test imtahanları keçirəcək.
Trend xəbər verir ki, imtahanlar saat 11:00 və 16:00-da başlanacaq. Namizədlər müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra imtahan binasına buraxılmayacaqlar.
Namizədlərin imtahana buraxılış vərəqələrində imtahanın yeri, vaxtı, binası, gəlməli olduqları saat və digər vacib məlumatlar göstərilib.
İmtahanda iştirak etmək üçün 1627 namizəd ərizə təqdim edib.
Namizədlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:
Şəxsiyyəti təsdiq edən sənədin əsli
İmtahana buraxılış vərəqəsi
İmtahanlar Bakı və Naxçıvan şəhərlərində yerləşən 2 binada elektron formada, kompüterlər vasitəsilə keçiriləcək.
İmtahan prosesinin təşkilinə 2 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 106 nəzarətçi və 9 buraxılış rejimi əməkdaşı cəlb olunub.