Bakı.Trend:
Tanışına ağır xəsarət yetirməkdə təqsirləndirilən Səbinə Vəliyevanın cinayət işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 29 29. 120.2.2, 29. 120.2.9-cu maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.