...

BƏƏ-nin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tapılıb

Cəmiyyət Materials 23 İyul 2025 14:36 (UTC +04:00)
BƏƏ-nin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tapılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə, öldürməklə hədələmə, qəsdən sağlamlığa ağır zərər vurma və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1985-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Zhanbolat Serikov cari ilin yanvar ayında ölkəmizdə müəyyən edilərək Baş Prokurorluğun vəsatətinə əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bidlirilib ki, Baş Prokurorluq tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanlarının ekstradisiyaya dair vəsatəti həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında müdafiə edilib.

“Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qüvvədə olan ekstradisiya haqqında müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsininin qərarına uyğun olaraq Zhanbolat Serikov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə adıçəkilən ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib”, - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti