...

Rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün məktəb seçiminə başlanılıb

Cəmiyyət Materials 24 İyul 2025 11:35 (UTC +04:00)
Rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün məktəb seçiminə başlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verildi.

Bu barədə Trend-ə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, 24 iyul 2025-ci il saat 11:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.

Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Qeyd edilib ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə , agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti