...

İlk 6 ayda 37711 obyektdə yanğın-texniki müayinələr keçirilib - FHN

Cəmiyyət Materials 5 Avqust 2025 12:47 (UTC +04:00)
İlk 6 ayda 37711 obyektdə yanğın-texniki müayinələr keçirilib - FHN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 2025-ci ilin 6 ayı ərzində 37711 obyektdə yanğın-texniki müayinələr keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.

Bildirilib ki, 20134 cavabdeh məsul şəxs inzibati məsuliyyətə cəlb edilərək, inzibati xəta haqqında protokol tərtib edilib.

"İnsan həyatına və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına təhlükə yaradan 51 obyektdə isə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti