Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev uzun illər müxtəlif vəzifələrdə çalışmış, təqaüddə olan və 75 yaşını qeyd edən Sürəyya Əmirova ilə görüşüb.
İcra başçısı yubilyarı təbrik edib, xoş arzularını çatdırıb. Həmçinin, Sürəyya Abbasqulu qızı Əmirovanı rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyəti və 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib, xatirə hədiyyəsi ilə mükafatlandırıb.
Sürəyya Əmirova səmimi təbriklərə görə rayon rəhbərinə təşəkkürünü bildirib.