...

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsində müraciət edənlərin sayı 36 000 nəfəri ötüb

Cəmiyyət Materials 12 Avqust 2025 12:38 (UTC +04:00)
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsində müraciət edənlərin sayı 36 000 nəfəri ötüb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

11 avqust 18:00-dan etibarən 2025/2026-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub. 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub.

Trend xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

"Müsabiqənin nəticələrinin 16 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust - 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti