...

Şuşada tibb elminin tanınmış mütəxəssisləri bir araya gələcəklər

Cəmiyyət Materials 13 Avqust 2025 17:39 (UTC +04:00)
Şuşada tibb elminin tanınmış mütəxəssisləri bir araya gələcəklər
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

8–12 oktyabr tarixlərində Azərbaycan Səhiyyə Nazirliyi və Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qarabağın incisi Şuşa şəhərində V Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçiriləcək.

Trend xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Özbəkistan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Bosniya və Herseqovinadan gələn tanınmış mütəxəssislər iştirak edəcəklər.

Konqresin əsas məqsədi ortopediya və travmatologiya sahəsində diaqnostika üzrə təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxilənin optimal üsullarını müəyyənləşdirmək, həmçinin aktual mövzuların elmi sessiyalarda müzakirəsini təşkil etməkdir.

Xatırladaq ki, Türk Dünyası Ortopedik və Travmatoloji Konqresinin birincisi 2018-ci ildə Bakıda keçirilib. Sonrakı illərdə konqres Qazaxıstan, Bosniya və Herseqovina və Qırğızıstanda uğurla təşkil olunub.

Daha ətraflı məlumat üçün: turkdunyasiortopedi.org

Xəbər lenti

Xəbər lenti